
Addım 1
Umico Market-də sifariş etmək asan və rahatdır.
İlkin olaraq, bəyəndiyiniz malları seçin. Malların çeşidi “Məhsullar kataloqu” bölümündə mövcuddur. Məhsulu seçərkən, siz satıcının reytinqini görə bilərsiniz. Məhsulun ətraflı xüsusiyyətlərini görmək üçün, “Bütün xüsusiyyətlərini göstərmək” düyməsini tıklayın.

Addım 2
Sifarişi yerləşdirmək üçün “Səbətə at” düyməsini tıklayın. Qarşınızda sifarişin yerləşdirilməsi üçün nəzərdə tutulan pəncərə açılacaq. Burada siz məhsul sayını dəyişə, sifarişi verə və ya alış-verişə davam edə bilərsiniz.

Addım 3
Sifarişə başlamadan öncə siz qeydiyyatdan keçməmisinizsə və ya sistemə daxil olmamısınızsa, növbəti pəncərədə əlaqə nömrənizi daxil etmək lazım olacaq. Onu daxil edin və “İrəli” düyməsini tıklayın.
Bundan sonra telefonunuza SMS vasitəsi ilə təstiq kodu gələcək. Onu qarşınızda olan xanaya daxil edib “Giriş” düyməsini tıklayın.
Əgər siz daha öncə qeydiyyatdan keçməmisinizsə, burada adınızı daxil edib portalda qeydiyyatı tamamlamalısınız.

Addım 4
İİndi qarşınızda sifarişin yerləşdirilmə səhifəsi açılacaq. Xahiş olunur, sizə uyğun olan çatdırılma üsulunu və vaxtını seçin. Çatdılma üsulları haqqında ətraflı məlumatı “Çatdırılma və ödəmə” bölümündən əldə edə bilərsiniz.
Çatdırılma qiyməti avtomatik olaraq hesablanacaq.

Addım 5
Növbəti addımda sizə uyğun olan ödəmə üsulunu seçin.

Addım 6
Xahiş olunur, təhvil alacaq şəxsin əlaqə məlumatlarını yerləşdirin. Alıcı həm siz özünüz ola bilərsiniz, həm məhsulu hədiyyəlik sifariş edə bilərsiniz. Həmçinin dostunuzdan və ya qohumunuzdan sifarişinizi sizin əvəzinizə qəbul etməyini istəyə bilərsiniz.
Sifarişi təsdiqləmək üçün “Sifarişi təsdiqləmək” düyməsini tıklayın.

Addım 7
Siz bank kartı vasitəsi ilə onlayn ödəməni seçmisinizsə, sizə kartınızın məlumatlarını daxil edərək, “Sifarişi təsdiqləmək” düyməsini tıklamaq lazım olacaq.

Addım 8
Əla! Sifarişiniz qeydə alınıb və onu təsdiq etmək və uyğun çatdırılma vaxtını seçmək üçün sizinlə əlaqə saxlıyacayıq.

Addım 9
Siz bir neçə məhsul aldığınız halda, fərqli satıcıların məhsulları və iri məişət texnikasının hər vahidi fərqli sifarişlər kimi əks olunacaq.
Hər sifariş üçün sizə uyğun çatdırılma və ödəmə üsullarını seçə biləcəksiniz.


Addım 10
Siz hər zaman “Mənim sifarişlərim” bölümünə şəxsi kabinetinizdən keçə bilərsiniz.
Burada “Sifariş barədə daha ətraflı” düyməsini tıklayaraq, sifarişiniz haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Burada sifarişin statusunu öyrənmək və ya sifarişlə bağlı problemi bildirmək olar.
Sizə əlavə dəstək lazım olduğu halda 915 nömrəsini yığaraq Çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Əlavə suallarınız var? Cavablar “Ən çox verilən suallar” bölümündə ola bilər.